Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:56

İranda 7 azərbaycanlı saxlanıb


APA-nın “Oyanews”saytına istinadla verdiyi məlumata görə, həbslər fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin “Səhənd” stadionunda yerli “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-cəzirə” klubu arasında keçirilmiş görüşdən sonra keçirilib.

Onlardan ikisi azadlığa buraxılsa da 5-i hələ də təcridxanadadır.
Amma həbs edilənlərin çox olduğu bildirilir.

“Traktor”un "Əl-cəzirə"ni 3:1 hesabı ilə məğlub etməsi İranın Azərbaycan vilayətlərində və azərbaycanlılar yaşayan digər şəhərlərdə əhali tərəfindən böyük coşqu ilə qeyd edilib.
100 mindən çox azarkeş 72 min nəfərlik stadionu dolduraraq 90 dəqiqə ərzində “Yaşasın Azərbaycan!”, Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Türk dilində mədrəsə!” şüarları və Xocalı qırğını ilə bağlı pankartlar qaldırıblar.

“Traktor”un qələbəsi ilə sona çatan oyun bitən kimi on minlərlə azərbaycanlı azarkeş küçələrə axışaraq Azərbaycan xalq mahnılarının sədaları altında rəqs ediblər. Hətta avtomobil yollarında nəqliyyat dayandırılıb, Təbriz küçələri “Traktor” bayraqları ilə bəzədilib.

Bundan başqa, azərbaycanlı azarkeşlər İranın Ermənistanla əlaqələri genişləndirməsini kəskin pisləyib, “Qarabağ bizimdir, bizim olacaq!” şüarı yazılmış şüarlar qaldırıblar.

Nəticədə İranın təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edərək zor tətbiq edib.
XS
SM
MD
LG