Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:47

Naxçıvanda aksiya keçirilib


Naxçıvan
Naxçıvan
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 27 fevral 2013


SÜRƏTLİ İNKİŞAF YOLU KEÇƏN HEYDƏR ƏLİYEV ADINA HƏRBİ LİSEY MÜASİR HƏRBİ TƏHSİL MÜƏSSİSƏSİNƏ ÇEVRİLMİŞDİR

…Ümummilli liderimiz Heydər Əliyev istər ölkəmizə rəhbərliyinin birinci, istərsə də ikinci dövründə ordu quruculuğunu üstün istiqamət kimi müəyyənləşdirmiş, gənc hərbi kadrların hazırlanması istiqamətində konkret tədbirlər görmüşdür. Dahi şəxsiyyətin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi Azərbaycanda milli kadrların yetişdirilməsində ilk addım olmuşdur. Moskvanın ciddi narazılığına baxmayaraq, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb öz fəaliyyətini genişləndirmiş, ulu öndərin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc Sovet İttifaqının ali hərbi məktəblərinə təhsil almağa göndərilmişdir. Bu dövrdə yaradılan möhkəm təməl ölkəmiz müstəqillik qazandıqdan sonra milli ordu quruculuğunun əsasını təşkil etmişdir.

Ümummilli liderimizin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılmış, qədim Azərbaycan torpağı olan Naxçıvanda ixtisaslı hərbi kadrların yetişdirilməsinə başlanmışdır. 1999-cu ildə filialın yeni tədris korpusunun açılışında iştirak edən ümummilli liderimiz demişdir:

«Cəmşid Naxçıvanski adına Hərbi Liseyin burada filialının yaradılması zərurəti ondan irəli gəlir ki, tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün Hərbi Liseyin filialının yaradılması çox zəruri idi».

Gələcəyə böyük ümidlərlə deyilən bu fikirlər qısa zamanda reallığa çevrilmiş, 2001-ci ildə filialın ilk buraxılışı olan 50 məzundan 49-u ali hərbi məktəblərə qəbul olunmuşdur.

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ İNTERNET AKSİYASI KEÇİRİLİB

Naxçıvan Dövlət Universiteti Tələbə - Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş internet aksiyası keçirilib. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli açıb.

Naxçıvan Dövlət Universiteti Tələbə - Gənclər Təşkilatının sədri, magistrant Arzu Abdullayev, Tələbə-İnformasiya Mərkəzinin sədri Qönçəxanım Bayramlı çıxış edərək internet aksiyasının keçirilməsinin məqsədi haqqında məlumat veriblər.

Sonra internet aksiyasına başlanılıb. Aksiya iştirakçıları mətnlər, fotoşəkillər və slaydlarla xarici universitetlərin elektron poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndəriblər. Aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdırmaq idi. Qeyd edək ki, internet aksiyası zamanı Azərbaycan həqiqətlərini əks etdirən məlumatlar 100-dən çox ölkənin 350-yə yaxın elektron poçt ünvanına göndərilib. Universitetdə təhsil alan Nigeriya, Cənubi Koreya, Banqladeş və qardaş Türkiyədən olan tələbələr aksiyada fəal iştirak ediblər.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Açıq ürək əməliyyatlarına start verilmişdir
- Beynəlxalq layihə əsasında tibbi təlim keçirilir
- Stolüstü tennis turniri
XS
SM
MD
LG