Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Mart, Bazar ertəsi, Bakı vaxtı 21:39

Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib


-
Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında Parisdə Azərbaycan diaspor üzvlərinin döyülməsinə etiraz olaraq aksiya keçirilib.

APA-nın xəbərinə görə, aksiya «İrəli» İctimai Birliyi tərəfindən təşkil olunub. «İrəli» sədri Rauf Mərdiyev Fransada Azərbaycan diaspor üzvlərinin döyülməsi barədə məlumat verib. Daha sonra ağızlarını yapışqanla bağlayan bir qrup gənc səfirliyin qarşında səssiz aksiya keçirəndən sonra ərazini tərk ediblər.

Aksiyanın qətnaməsi səfirliyə təqdim olunub. Polis aksiyaya müdaxilə etməyib.
XS
SM
MD
LG