Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 15:39

Hüquq müdafiəçisinə 8 il iş kəsildi


Arxiv foto
Arxiv foto
-

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun 8 il azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı məlumat verib:

«Ona qarşı irəli sürülən ittihamlar tamamilə saxta, qurama idi, heç biri məhkəmədə təsdiqini tapmadı. Biz bunu bir sifariş hesab edirik».

Hüquq müdafiəçisinə qarşı cinayət işi Hərbi-Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanovun şikayəti əsasında açılıb.

Dələduzluqda ittiham olunan Bəxtiyar Məmmədov 2011-ci ilin dekabrında həbs edilib.

B. Məmmədov Şahin Sultanovu Bayraq Meydanının tikintisi zamanı 10 min manat müqabilində 29 hərbçini qanunsuz evlərindən çıxarmaqda ittiham edir.

Prokuror məhkəmədən ona 12 il həbs cəzası verilməsini istəmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG