Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:09

Olimpiya çempionu medalından imtina edir


Keçmiş Dağıstanlı güləşçi Sagid Murtazaliev güləşin Olimpiya oyunları siyahısından çıxarılması qərarına etiraz olaraq qızıl medalından imtina edir. Hazırda Dağıstanda Pensiya Fonduna rəhbərlik edən Murtuzaliev Beynəlxalq Olimpiya Komitəsinə yazdığı məktubda etirazını bildirib.

Murtuzaliev 2000-ci il Sidney olimpiadasında çempion olmuşdu. Bu ayın əvvəli Beynəlxalq Olimpiya komitəsi 2020-ci il oyunları üçün güləşin siyahıdan çıxarıldığını açıqlamışdı. Bundan sonra Beynəlxalq Güləş Federasiyasının prezidenti də etiraz olaraq istefa vermişdi.
XS
SM
MD
LG