Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 15:40

Məhkəmə Tural Abbaslının lehinə qərar verdi


Tural Abbaslı
Tural Abbaslı
-
Fevralın 26-da Nəsimi rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının əmlakına həbs qoyulması barədə qaldırılmış iddianı rədd edib.

Bu barədə AzadlıqRadiosuna Tural Abbaslı özü bildirib:

«İcra nümayəndələri əşyaların mənə aid olduğunu sübut edə bilmədirlər. Anam çıxış edərək, siyahıya alınan əşyaların ona məxsus olduğunu bildirdi. Belə olanda, hakim qərar çıxardı ki, həbs barədə protokol əsassız hesab olunsun və təmin olunmasın».

Tural Abbaslı yanvarın 12-də Bakıda keçirilən etiraz aksiyasında iştirak etdiyi üçün 600 manat cərimələnib. Ancaq o, cəriməni ödəməkdən imtina edir.

Fevralın 13-də Tural Abbaslının yaşadığı mənzilə gələn icra məmurları evdə olan əşyaları (televizor, DVD, televizor altlığı və çilçıraq) qeydə alıblar. Həmin əşyaların üzərinə həbs qoyulması üçün məhkəmədə iddia qaldırılmışdı.
XS
SM
MD
LG