Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:24

Misirdə 19 turist həlak olub


Misirin Luxor kurort şəhəri yaxınlığında hava şarı partlayıb. Nəticədə şarda səyahət edən 19 turist həlak olub. Misirli rəsmilər olaydan ancaq pilotun və 1 sərnişinin qurtulduğunu deyiblər. Onların vəziyyəti haqda da məlumat verilmir.
Hava şarının məxsus olduğu şirkətdən deyiblər ki, qazla dolu balon 300 metr hündürlüyündə partlayıb. Ölənlərin bəzilərinin Yaponiya, Fransa və Britaniyadan olan turistlər olduğu bildirilib.

Hava şarı ilə tarixi yerləri izləmək Misirdə turistlər arasındakı populyar əyləncə növlərindəndir.
XS
SM
MD
LG