Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Azərbaycan Rusiyaya nota verdi


-
Fevralın 26-da Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Rusiyanın Azərbaycandakı səfiri Vladimir Dorokhin-i qəbul edib.

Görüşdə nazir müavini Rusiyanın «RİA-Novosti» dövlət informasiya agentliyinin internet səhifəsində «Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşib» başlıqlı məqalənin dərc edilməsinin Azərbaycanda narazılıqla qarşılandığını söyləyib.

Nazir müavini qarşı tərəfin diqqətinə çatdırıb ki, Rusiya KİV-ində Azərbaycana yönəlmiş məlumatlar çoxalıb. O, xüsusilə də belə məlumatın Rusiyanın dövlət agentliyinin internet səhifəsində yerləşdirilməsinin təəssüf doğurduğunu bildirib. Üstəlik, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinə kölgə saldığını vurğulayıb.

Məlumatı XİN-in mətbuat xidməti yayıb.
XS
SM
MD
LG