Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:22

İranla nüvə danışıqlarında irəliləyiş gözlənilmir


İranla nüvə danışıqlarında heç bir önəmli irəliləyiş gözlənilmir . Avropa Birliyinin Xarici Siyasət rəsmisi Catherine Ashton Qazaxıstanda oalrkən belə deyib. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü üstəgəl Almaniyanın adından Catherine Ashtonun apardığı danışıqların növbəti raundu Almatada fevralın 26-da başlanıb.

Bu görüşdə İrana nüvə proqramından vaz keçmək qarşılığında olunacaq təkliflər müzakirə ediləcək.

Qərb dövlətləri İranın nüvə proqramının atom bombası düzəltmək məqsədiylə olmasından narahatdır, İransa proqramın dinc məqsədli olduğunda israr edir. Bu üzdən İrana qarşı BMT tərəfindən bir neçə sanksiya paketi tətbiq edilib.
XS
SM
MD
LG