Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:12

Azərbaycandan ixracın 94%-i neftin-qazın payına düşür


Bu ilin yanvar ayında Azərbaycandan aparılan ixrac əməliyyatlarının böyük hissəsi xam neft, neft məhsulları və təbii qazın payına düşüb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ay ixracın ümumi həcmi 1 922 709,05 min dollar təşkil edib ki, bunun 1 629 805,2 min dolları və ya 84,77%-ni xam neft, 85 993,37 min dollarını və ya 4,47%-ni neft məhsulları, 90 480,91 min doları və ya 4,71%-ni isə təbii qaz təşkil edib.

Ötən ilin yanvar ayı ilə müqayisədə təbii qazın ixracı 79,93%, xam neft ixracı 2,86% artıb, neft məhsullarının ixracı isə 14,2% azalıb.

İxracda payına görə sonrakı yerləri bitki və heyvan mənşəli yağlar tutur (31,327 mln. dollar və ya 1,63%), şəkər (10,430 mln. dollar və ya 0,54%), meyvə-tərəvəz (10,225 mln. dollar və ya 0,53%), alüminium və ondan hazırlanan məmulatlar (8,037 mln. dollar və ya 0,42%) tutur

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG