Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 10:55

«Traktorsazi» Asiya Çempionlar Liqasında ilk oyuna çıxır

Arxiv foto: "Traktorsazi" ilə "Seba Batri" arasında qarşılaşma
Arxiv foto: "Traktorsazi" ilə "Seba Batri" arasında qarşılaşma
-

Fevralın 26-da Təbrizin «Traktorsazi» futbol klubu Asiya Çempionlar Liqasının qrup mərhələsində Birləşmiş Ərəb Əmirliklərinin «Əl-Cəzirə» klubunu qəbul edəcək.

Persianleague.com saytının məlumatına görə, Təbrizin «Səhənd» stadionunda keçiriləcək oyundan öncə Təbriz klubunun məşqçisi Antonio Jose Conceicao Oliveira «Traktorsazi» azarkeşlərinə maraqlı oyun görəcək və unudulmaz günün şahidi olacaqlarını deyib.

«Əl-Cəzirə» klubunun məşqçisi Luis Milla rəqib klubu qiymətləndirərkən, bu görüşün çox vacib olduğunu bildirib.

Həmçinin qeyd edib ki, «Traktorsazi» ilk dəfədir ki, Asiya Çempionlar Liqasında çıxış edir və buna görə də onlar daha həvəsli oynayacaqlar.

Asiya Çempionlar Liqasında həmçinin İsfahanın «Sepahan» və Tehranın «Esteqlal» klubları iştirak edirlər.
This item is part of
XS
SM
MD
LG