Keçid linkləri

Təcili xəbərlər
2022, 11 Avqust, Cümə axşamı, Bakı vaxtı 13:14

John Kerry: "Tehranın hələ vaxtı var"


Londonda mətbuat konfransı keçirən ABŞ Dövlət Katibi John Kerry deyib ki, Bashar Assadin hakimiyyətdən getməyinin vaxtıdır.

Onun fikrincə, Hələb şəhərinə bu yaxınlardakı raket hücumu Assadin zorakılığına nümunədir.

O, Suriya müxalifətini Roma görüşünə gəlməyə çağırıb. Müxalifət raket hücumlarına beynəlxalq aləmin reaksiya verməməsinə etiraz olaraq Roma görüşünə getmək istəmir.

Romada Suriyanın dostları adlanan ölkələrin nümayəndələri Suriyadakı vəziyyəti müzakirə edəcək.

İran barədə isə Kery deyib ki, Tehranın diplomatik həll tapmağa vaxtı hələ var.
XS
SM
MD
LG