Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

İctimai Palata Bakı İcra Hakimiyyətini məhkəməyə verir


İctimai Palata Bakı İcra Hakimiyyətini məhkəməyə verir.

İP İcra hakimiyyətinin 10 dekabr 2012-ci ildə yürüş keçirilməsi ilə bağlı qərarının qeyri-qanuni hesab olunması və dəymiş ziyana görə 10 min kompensasiya ödənilməsini tələb edir.


Bu barədə AzadlıqRadiosuna məhkəmə şikayətini imzalayanlardan biri Gülağa Aslanlı məlumat verib. Onun fikirincə Bakı şəhər İcra Hakimiyyətinin mitinq, aksiya, yürüş keçirilməsi ilə bağlı İctimai Palatanın müraciətlərinə cavabı qanuna ziddir:

"İcra hakimiyyətinin bu qərarları səlahiyyət həddini aşıb. Biz məhkəmədən İcra Hakimiyyətinin belə qərarlarının qeyri-qanuni hesab olunmasını və növbəti müraciətlər üçün presedent olmasını istməşik".
XS
SM
MD
LG