Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Çexiya İkea-da at əti tapdı


Çexiya bildirib ki, at əti mebel satış şəbəkəsi olan İsveçin İkea şirkətində də tapılıb.
İkeada ərzaq da satılır və burda yeməkxanalar var.

Veterinar müfəttişlərin dediyinə görə, bu ət İkeanın Çexiyadakı bölməsinə İsveçdən gəlib və küftələrdə aşkar olunub.

Müfəttişlər İkea-nın Çexiyanın Brno şəhərindəki filialını yoxlayanda burda mal və donuz əti kimi göstərilən ət arasında at əti aşkar olunub. Ümumilikdə 760 kq at əti aşkar olunub.

Çexiya bildirir ki, at əti Polşadan gələn mal ətində də tapılıb.

Avropada at əti qalmaqalı keçən ay başlanıb. Rumıniya istehsalı olan və mal əti kimi göstərilən ətdə at əti tapıldı.
XS
SM
MD
LG