Hesablama Palatasının fevralın 25-də yaydığı məlumatda bildirilir ki, Ağcabədi və Goranboy rayonlarının dövlət mülkiyyətində olan torpaqlara dövlət əsaslı vəsait qoyuluşu yoxlanıb və nəzarət tədbirləri barədə məlumatın Milli Məclisə təqdim edilməsi qərara alınıb.
Beyləqan Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına və su təmizləyici qurğunun tikintisinə ayrılan dövlət vəsaitlərinin də necə xərcləndiyi araşdırılıb. Hazırlanmış məlumat Milli Məclisin diqqətinə yetiriləcək.
Hesablama Palatasının Kollegiya iclasında bir sıra nazirliklərin, digər dövlət qurumlarının, ali və orta məktəblərin istifadəsində olan dövlət vəsaitinin audit proqramları da təsdiq edilib.