Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:28

Xocalı faciəsinin 21-ci ildönümüdür


Xocalı faciəsinin 21-ci ildönümüdür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edib.

Əməliyyat zamanı dinc əhaliyə divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb.

Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Öldürülənlərin 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı idi. 8 ailə tamamilə məhv edilib.

Hər il fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
XS
SM
MD
LG