Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

85-ci Oscar mükafatları verildi


Amerika Kino Akademiyasının 85-ci Oscar Mükafatı sahiblərinə verilib. Mərasim Los Angelsdə Dolby Teatrında keçirilib.
Mükafatlar:
Ən Yaxşı Film: Argo – Grant Heslov, Ben Affleck, və George Clooney, Bu film İranda girov böhranı barədədir. Real hadisələrə əsaslanır. 1979-cu ildə İranda ABŞ səfirliyini tutanda bir qrup Amerika diplomatı qaçıb Kanada səfirlinin iqəmətgahında gizlənmişdi.

Ən yaxşı film mükafatının verilməsini Ağ Evdən canlı video ilə mərasimə qatılan birinci ledi Michelle Obama elan edib:

"Oscar ... Argo filminə gedir. Təbriklər."

Ən yaxşı kişi aktyoru: Daniel Day-Lewis –Lincoln filmi.

Daniel Day-Lewis tarixdə ilk aktyor oldu ki, aparıcı rolda 3 dəfə ən yaxşı aktyor kimi Oscar alır.

Ən yaxşı qadın aktrisası: Jennifer Lawrence –Silver Linings Playbook

Ən yaxşı rejissor: Ang Lee – Life of Pi

Ən yaxşı ssenari: Django Unchained – Quentin Tarantino
XS
SM
MD
LG