Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 07:57

Cənubi Koreyanın ilk qadın prezidenti and içir


Park Geun-Hye
-

Fevralın 25-də Cənubi Koreyanın ilk qadın prezidenti Park Geun-hye-ın inauqurasiyası keçirilib. Mərasim Seulda on minlərlə insanın önündə təşkil olunub.

Andiçmədən sonra 61 yaşlı Park, Şimali Koreyanı nüvə ambisiyalarından əl çəkməyə, məhdud resurslarını silahlanmaya sərf etməməyə çağırıb.

Seçki kampaniyası dövründə Park nüvə silahı planlarını dayandıracağı təqdirdə Şimalla münasibət quracaqlarına vəd verib.

Park, 1964-1979-cu illərdə Cənubi Koreyanı idarə edən Park Chung Hee-nin böyük qızıdır.

Park ölkədə «xoşbəxtlik» və «iqtisadi demokratiya»nı genişləndirəcəyinə söz verib.

Son illər Cənubi Koreyada kasıb və varlı təbəqə arasında gəlir fərqi xeyli genişlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG