Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:36

ABŞ səfiri Gəncə, Mingəçevir və Kürdəmirdə olub


Richard Morningstar
Richard Morningstar
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar fevralın 21-23-də Kürdəmir, Gəncə və Mingəçevir rayonlarında səfərdə olub.

Səfər zamanı səfir Morningstar Kürdəmir, Gəncə və Mingəçevirin icra hakimiyyəti başçıları ilə görüşüb.
Regionlarda iqtisadi, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində görülən işləri müzakirə ediblər.

Səfir həmçinin yerli layihələrdə birgə çalışan Amerika Sülh Korpusunun könüllüləri ilə görüşüb, Kürdəmir və Gəncədəki Amerika Mərkəzlərinin fəaliyyəti ilə tanış olub,yerli gənclərə ABŞ-Azərbaycan əlaqələri barədə məruzə edib.

Richard Morningstar və həyat yoldaşı Gəncədəki Xan bağı, Cavad Xan və Nizami Gəncəvinin məqbərələrinə də baş çəkib.
XS
SM
MD
LG