Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:14

Hökumət işlərinə qəbul zamanı lazım olan sənədlərin siyahısı və ərizə formaları


-


Dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edə bilərlər.

Komissiyanın saytında hökumət idarələrində boş iş yerləri və imtahanlarda iştirak üçün lazım olan sənədlərin siyahısı yerləşdirilir.

Əsas sənədlərdən biri Komissiya sədrinin adına ərizədir. (Ərizəni buradan yüklə.)
Hökumət idarələrindəki işlərin xarakterinə uyğun olaraq tələb olunan sənədlərin siyahısı müxtəlif ola bilər.

Boş iş yerləri elanları və onlara qəbul üçün keçirilən imtahanlarda iştirak etməyə tələb olunan sənədlərin siyahısını buradan götür.


Test imtahanından müvəffəqiyyətlə çıxan namizədlər aşağıdakı sənədləri Komissiyaya təqdim edirlər:

1. ərizə; "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı buradan yüklə.
2. şəxsiyyəti təsdiq edən sənədin surəti;
3. kadrlar uçotunun şəxsi vərəqəsi; (Buradan yüklə)
4. ali təhsil haqqında sənədin surəti;
5. əmək kitabçasının surəti (olduğu halda);
6. ixtisas dərəcəsini təsdiq edən sənədlərin surəti (olduğu halda);
7. sağlamlıq haqqında arayış;
8. dövlət qulluqçularının bəzi kateqoriyaları üçün qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər.

Sənədlərin surətləri müəyyən edilmiş qaydada təsdiq edilir.


Müxtəlif dövlət orqanlarında işə qəbul qaydaları

Miqrasiya orqanları
Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün tələb olunan sənədlərin siyahısını və ərizə formalarını buradan götür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG