Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:06

Azərbaycan Türkiyə ilə birgə raket kompleksləri istehsal edə bilər


Foto arxiv
Foto arxiv
Azərbaycan Türkiyə ilə birgə UMTAS və OMTAS tipli tank əleyhinə raket kompleksləri istehsal edə bilər.

Bu barədə APA-ya İDEX-2013 sərgisində iştirak edən Türkiyə müdafiə sənayesinin nümayəndələri məlumat verib.

Uzaq və orta mənzilli bu raket kompleksi tanka qarşıdır.

Azərbaycan nümayəndə heyəti artıq Türkiyənin ROKETSAN şirkətində bu raketlərlə tanış olub.

Bunundan başqa ROKETSAN şirkətinin iştirakı ilə Azərbaycanda 107 və 122 mm-lik raketlərin istehsalı üzrə hazırlıq işləri son mərhələyə çatdırılıb.
Yaxın vaxtlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində bu raketlərin istehsalına başlanacaq.
XS
SM
MD
LG