Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

Raffi Hovanisian bölgələrdə mitinqlərə başlayıb


Foto arxiv
Foto arxiv
Ermənistanda keçirilmiş prezident seçkisində 37% dən artıq səs toplayan Raffi Hovanisian bölgələrə səfərə çıxıb.

“Armenia Today” saytının məlumatına görə, o bu gün yerli vaxtla saat 12.00-da Artaşat, saat 14.30-da Vanadzor, saat 17-də isə Gümrü şəhərində kütləvi aksiyalar keçirəcək.

O dünən axşam İrəvanda keçirdiyi mitinqdə yenidən prezident seçilmiş Serzh Sarkisianla görüşü barədə məlumat verib.
Hovanisian Sarkisianın onun bütün tələblərini rədd etdiyini bildirib.
Hovanisian onun qələbəsinin tanınmasını və ya yeni seçki keçirilməsini tələb edir.

Müxalifət lideri qeyd edib ki, xalqa qarşı güc tətbiq edəcək komandir mənim və xalq qarşısında cavab verməli olacaq.

Hovanisian bildirib ki, biz davamlı mübarizəyə başlayırıq və xalq hərəkatı sönməyəcək.
Müxalifət seçkinin saxtalaşdırıldığını deyir.
XS
SM
MD
LG