Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:28

Bakı şəhər İcra Hakimiyyəti İctimai Palataya «yox» dedi


-
Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın Xocalı hadisələri ilə bağlı yürüş keçirməsinə icazə verməyib.

İcra Hakimiyyətindən verilən məlumatda deyilir ki, fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə dövlət tədbirinin keçiriləcək:

«Həmin tədbirdə dövlət başçısı, hökumət üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak edəcəklər. İctimai asayişin təhlükəsizliyinin təmin edilməsi üçün abidənin yerləşdiyi yerə yaxın ərazilərdə vətəndaşların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Ona görə də fevralın 26-da planlaşdırılan yürüşün keçirilməsi mümkün hesab olunmur».

Ötən il iqtidar təmsilçiləri kimi, İctimai Palata da abidə önünə yürüş keçirmişdi. Yürüş ayrı-ayrı vaxtlarda keçirilsə də, o zaman icra hakimiyyəti müxalifətə rədd cavabı verməmişdi.
XS
SM
MD
LG