Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:21

Misir Mərdanov: «Tədris ilinin yarısında heç kəsin dərsliyi ləğv etməyə ixtiyarı yoxdur»


Misir Mərdanov
Misir Mərdanov
«Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərin monitorinqini həyata keçirib və rəyi nazirliyə göndəriblər. Təhsil Nazirliyi həmin rəyləri araşdıracaq, qərar qəbul edəcək və bununla bağlı komissiyaya məlumat veriləcək».

APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, tədrisin ilinin yarısında məktəbdə istifadə olunan dərsliyi heç kəsin ləğv etmək ixtiyarı yoxdur. Onun sözlərinə görə, dərsliklərin ləğvi yalnız dövlətin təhsil siyasətini həyata keçirən quruma aiddir.
XS
SM
MD
LG