Keçid linkləri

2026, 09 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:58

Son vaxtlar Rusiyada 800-dən çox internet saytı bağlanıb

Mail.ru logo
Mail.ru logo
Son vaxtlar Rusiyada özünə qəsd üsulları barədə informasiya yayan 800-dən çox internet saytı bağlanıb.

Bu barədə “Rospotrebnadzor” xidmətinin rəhbəri Gennadi Onishenko “Exo Moskvı” radiostansiyasının efirində bildirib.

O yeniyetmələr arasında özünə qəsd hallarının çoxaldığını deyir.

Onishenko məşhur “BKOntakte”, “Mail ru” , “Youtube” və digər internet resurslarının da qismən bağlandığını bildirib.

2012-ci ilin sentyabrında Rusiyada uşaqların sağlamlığı və inkişafına zərər vuran informasiyalardan müdafiəsi barədə qanun qəbul edilib.
This item is part of
XS
SM
MD
LG