Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 09:41

Bakıdakı tıxacların səbəbləri açıqlanıb


Bakıda tıxac
Bakıda tıxac
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, qurumun apardığı 1 illik araşdırmalar nəticəsində bəlli olub ki, əsas səbəb lər bunlardır:

- Qanunsuz qadağan edilmiş yerlərdə maşın saxlama.

- Bir çox binaların dayanacaq meydançasının olmaması və yaxud az tutumlu olmasından nəqliyyat vasitələrinin yolun kənarı və avtobus üçün nəzərdə tutulan yerlərdə saxlanması.

- Son illərdə avtomobil sayının kəskin artması.

- Taksi və digər maşınların dayanacaqlara yaxın yerdə saxlanması.

- Təmir-tikinti işləri.

- Şəhərin infrastrukturunda olan problemlər.

- Piyadaların nəzərdə tutulmamış yerlərdən keçməsi.

- Və sürücülərin yol-hərəkət qaydalarına riayət etməməsi və sürücü mədəniyyətinin aşağı səviyyədə olması.
XS
SM
MD
LG