Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:07

Urmiya gölünün ətrafda 100-dən çox kənd boşalıb


Urmiyə gölü
Urmiyə gölü
İranda Urmiya gölünün quruması üzündən ətrafdakı 100-dən çox kənd tamam boşalıb.

APA-nın “Oyannews” saytına istinadən verdiyi məlumata görə, dolana bilməyən əhali Tehran və başqa şəhərlərə köçməli olub.

Urmiya gölünün quruması nəticəsində yeraltı sular da duzlaşıb, əkin sahələri yararsız hala düşüb, bölgədə şirin su qıtlığı yaranıb.
Nəticədə əhali əkinçiliklə və heyvandarlıqla məşğul ola bilməyib.

Bölgədə 120-dən çox meyvə bağının tamam məhv olduğu və xeyli şirin su quyusunun yararsız hala düşdüyü bildirilir.
XS
SM
MD
LG