-
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic Azərbaycan yazıçısı Əkrəm Əylislinin hədələnməsi ilə bağlı suala cavab olaraq deyib ki, düzdür, yazıçını tanımır, onun “Daş yuxular” romanını oxumayıb və ümumiyyətlə hansısa kitabın məzmununa qiymət vermək onun işi deyil, amma məsələ ilə bağlı Azərbaycan hökuməti ilə əlaqə saxlayıb və yazıçı, eləcə də onun ailəsinin təhlükəsizliyinin tam təmin edilməsini xahiş edib.
Mijatovic deyir ki, hansısa mətn tənqidi, yaxud provakativ ola bilər, “amma belə mətnləri nə qədər xoşlamasaq ki, bunun cavabı zorakılıq və hədələr ola bilməz”.
ATƏT nümayəndəsi bunu Azadlıq Radiosuna verdiyi müsahibədə bildirir.
O başqa suallara da cavab verib.
Məsələn, suallardan biri belə olub ki, bəzi avtoritar ölkələrdə hökumətlər iqtisadi inkişaf üçün və təhlükəsizlik nöqteyi-nəzərindən ifadə azadlığına məhdudiyyət qoyulması və mətbuata nəzarətin vacib olduğunu düşünürlər.
Mijatovic bu haqda nə fikirdədir?
O deyir ki, heç bir ölkənin iqtisadi inkişafı və ya hansısa ölkədə təhlükəsizliyin təmin edilməsinin, terrorçuluğa, insan alverinə qarşı mübarizənin əleyhinə deyil. Bütün bunlar cəmiyyət üçün problemdir. Amma Mijatovic-in fikrincə, bu problemlərlə mübarizə ifadə azadlığını məhdudlaşdırmaq hesabına aparılmamalıdır. “Tənqidi, satirik, provakativ səsləri boğmaqla cəmiyyəti inkişaf etdirəcəyik” kimi fikirlər yanlış və çaşdırıcı yanaşmanın göstəricisidir.
Amma bəziləri ifadə azadlığından sui-istifadə edib kimlərəsə nifrət aşılayır, yaxud zorakılığa çağırır, bəs belə olan halda nifrət aşılayan çıxışlarla ifadə azadlığının sərhədi haradan keçməlidir?
Mijatovic deyir ki, bu sərhədi müəyyən etmək çox çətindir.
“Məsələn, mən özüm Balkan yarımadasındanam, orada nifrət aşılayan çıxış sayılan bəzi şeylərə Skandinaviyada insanlar heç fikir verməz. Bu iki anlayış arasında sərhəd çəkmək müşkül işdir. Amma mən həmişə deyirəm ki, hansısa çıxışın nə dərəcədə provakativ olmasından asılı olmayaraq, onlara qiymət vermək məhkəmələrin işidir, hökumətlərin yox. Hansısa icra orqanları, nazirliklər kiminsə sözünü boğmamalıdırlar. Deyilən sözə qiyməti məhkəmələr beynəlxalq sənədlər əsasında verməlidir”.
Mijatovic deyir ki, düzdür, hər bir cəmiyyətin öz mədəniyyəti, ənənələri və özünəməxsus həssaslığı var. Amma bir çox hallarda bunlardan sui-istifadə edərək tənqidi səsləri boğurlar.