Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Tələbə: «Hər kəs rüşvətin olduğunu deyir. Amma...»- [Video]


-

Tələbə dekan əvəzinə Facebook-a şikayət edəndə...

Facebook-dan birbaşa şərh yaz

«Bizə küçədə etiraz etməyə icazə vermirlərsə, biz də evdən çıxmadan etiraz edək!»
Sosial şəbəkələrdə tələbələri fevralın 27-də dərsə getməməyə çağıran virtual aksiyada hansı tələblərin yerinə yetirilməsi istənilir?

Tələbələrin dərsə getməməyi nəyi dəyişir?

Facebook-da maraq doğurmuş «tələbələrin boykot günü»nü aksiyanı dəstəkləyənlər, buna etiraz edənlər və ali məktəb yetkililəri ilə müzakirə etmişik.

İlkin Rüstəmzadə:

Təşkilatçıları birbaşa tanımasam da, etiraz forması xoşuma gəldi. Son zamanlar TQDK sədrinin açıqlamaları çox maraqlıdır. TQDK açıqlamasında Azərbaycan təhsilinin səviyyəsindən, keyfiyyətindən danışırdılar... Bir gün dərsə getməməklə etiraz bildirmək normaldır. Azərbaycan universitetlərində təhsilin səviyyəsi çox aşağıdır. Universitet müəllimlərinin 80 faizi əzbərçiliklə dərs keçir. Belə təhsil sistemi tələbə yetişdirə bilməz.
- Keçiriləcək aksiyanın forması tam sivildir.
- Bu aksiya siyasi aksiya deyil. Amma hakimiyyət nümayəndələri, təhsil nazirliyi özü bu məsələni siyasiləşdirir.
- Təhsildə problemlər var, bunu illərdir hər kəs deyir. Amma bu problemləri həll edə bilmirlər.
Elvin Aslanov:
- Azərbaycan Tələbə Birliyi məhz bu aksiyaya etiraz edib. Tələbə Birliyi olaraq bildiririk ki, dərsə getməməklə təhsili düzəltmək mümkün deyil. Gənclərin boykot qərarı düzgün addım deyil. Belə yanaşmayla heç nəyi düzəltmək mümkün deyil.
- Azərbaycan təhsilində problemlər var. Bunu heç kim danmır. Amma bu problemlər həll edilməlidir.
- Dərslərə getməməklə nəyə etiraz edirlər? Ölkə təhsilində rüşvətin olduğunu bizim QHT-də bildirib. Amma rüşvət problemi də yavaş- yavaş həll edilir...
Memarlıq və inşaat universitetinin tədris işləri üzrə prorektoru Fərhad Cəfərov:
- Tələbənin işi dərs oxumaq, dərsə gəlməkdi. Mən düşünmürəm ki, bizim tələbələr arasında dəstək gələcək bu aksiyaya.
- Bizim universitetdə rüşvət faktı demək olar ki, yoxdur. Tələbələr imtahanları komputer vasitəsiylə birbaşa verir.
- Gənc kadrların universitetə gəlmək, işləmək həvəsləri yoxdur. Avropa Universitetlərini bitirən şəxsləri universitetlərə cəlb etmək çətindir.
Aksiyanın virtual təşkilatçısı Su Müsavi adlı fəal:
- Bu aksiya deyil. Bu boykotdur. Tarixdə də boykotla nəyəsə yiyələnmək olub. Mən öz Azərbaycanın ən yaxşı universitetində oxuyuram, amma başqa universitetlərlər müqayisədə bizim universitetdə demək olar ki, problem yoxdur.
- Boykot günü mən dərsdə olmaq istərdim. Amma getməyəcəm...

Verlişi tam dinləmək üçün:


XS
SM
MD
LG