Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:06

Fransalı bəstəkar Pierre Thilloy “Xocalı 613” adlı klassik musiqi əsəri yazıb


Tanınmış fransız bəstəkarı Pyer Tiloy (Pierre Thilloy) Xocalı faciəsinə həsr edilmiş “Xocalı 613” adlı klassik musiqi əsəri bəstələyib.

APA-nın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin sifarişi ilə bəstələnmiş əsərin ilk premyerası fevralın 21-də Parisin “Saint Roch” kilsəsində keçiriləcək.

Əsər fevralın 26-da Londonun “St John's, Smith Square” kilsəsində də nümayiş etdiriləcək.

Əsərin müəllifi Pier Tiloy Azərbaycanda yaşayıb və işləyib.
O yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez edib.
XS
SM
MD
LG