Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:07

41 sahibkar cərimələnib



Səhiyyə Nazirliyi yanında sanitariya-epidemioloji xidmət 38 obyektin istismarının dayandırılması barədə qərar qəbul edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, bu obyektlər yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozublar.

41 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Sağlamlığı yeyinti məhsullarının istehsalı, satışı müəssisələrində işləməyə imkan verməyən 15 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Səhiyyə Nazirliyi bildirir ki, yanvarda əhali arasında 108 qida zəhərlənməsi hadisəsi baş verib, 130 nəfər zərər çəkib. 2 botulizm hadisəsindən isə 2 nəfər zərər çəkib.
XS
SM
MD
LG