Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 13:15

Marşrutlarda avtobus sürücülərinə qarşı nəzarət gücləndirilir


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtobus sürücülərinə qarşı nəzarəti gücləndirir.

AzərTAc xəbər verir ki, bunu NİİM-in ötənilki fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş konfransda mərkəzin baş direktoru Elnur Abdullayev deyib.

Ötən il Bakı şəhərində fəaliyyət göstərən marşrutlara və dayanacaqlarda quraşdırılan 604 avtobus informasiya terminalına nəzarətin həyata keçirildiyini deyən baş direktor bildirib ki, avtobus bort avadanlığından çəkilmiş şəkillərin 4 min 339-u mobil telefondan istifadə və 2 min 562-si isə siqaret çəkilməsi ilə bağlı olub.

Bu faktlar üzrə də müvafiq tədbirlər görülüb.
XS
SM
MD
LG