Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 04:23

Həbsdə olan Rusiya vətəndaşı Konstantin Yaroshenkonun Viktor Butla əlbir olduğu bildirilir

 Konstantin Yaroshenko
Konstantin Yaroshenko
Nyu-York cənub dairəsinin federal prokurorluğu ABŞ-da həbs cəzası çəkən Rusiya vətəndaşı Konstantin Yaroshenkonun silah alverçisi Viktor Butla əlbir olduğunu bəyan edib.

Nyu-York məhkəməsi 2011-ci ilin sentyabrında Yaroshenkonu narkotik və silah alveri ittihamı ilə 20 il həbs cəzasına məhkum edib.

Həmçinin Viktor Butun özü hazırda silah alveri ittihamı ilə ABŞ-da 25 illik həbs cəzası çəkir.

Ötən ilin noyabrında Yaroshenkonun adından hökmlə bağlı apellyasiya şikayəti verilib.

Texaslı vəkil Aleksei Tarasov məhkəmənin Yaroshenkonun günahını sübuta yetirə bilmədiyini deyir.
This item is part of
XS
SM
MD
LG