Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:57

TQDK daha 3 dərsliyin istifadəsini məqsədəuyğun saymayıb




Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daha 3 dərsliyin respublikanın ümumtəhsil məktəblərində istifadəsini məqsədəuyğun saymayıb.

APA-nın xəbərinə görə, bunlar 3-cü sinif «Azərbaycan dili», «Riyaziyyat» və «Həyat bilgisi» dərslikləridir.

Komissiya bu dərsliklərin yenidən hazırlanmalı olmasına dair rəy verib, rəy artıq Təhsil Nazirliyinə göndərilib.

Orta məktəblərin 3-cü sinfində 8 dərslik var.

TQDK 1-ci sinif üçün «Ana dili» və «Riyaziyyat» dərsliklərinin də yararsız olmasına dair rəy verib. Təhsil Nazirliyi isə bu rəylə razılaşmır.
XS
SM
MD
LG