Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

7 ildə OL!anlar


-
Vüqar Salamlı
Vüqar Salamlı
​Azad, Demokratik, Ədalətli, Tolerant, Fəal, Sağlam, Təmizkar, Peşəkar və Müasir OL!

7 yaşlı «OL!» Gənclər Hərəkatı manifestdə qeyd etdiyi bu bəndlərdən ən çox Azad Ol!, Demokratik Ol! və Tolerant Ol! şüarlarına nail olub.

Ol!-çular Adnan HacızadəVüqar Salamlı belə deyir. «Flashmob»un qonaqları olan OL!-çular 7 illik fəaliyyətlərindəki layihələrdən, etdikləri dəyişikliklərdən danışıblar.

««OL!»un məqsədi öz layihələri vasitəsilə gənclər arasında demokratikləşməni və ictimai fəallıq ruhunu təmin etməkdir. Məhz bu yolda da layihələr həyata keçirmişik, bu layihələrdə çoxlu gənclər iştirak edib. Bu 7 ildə bizim özümüz çox dəyişdik. Bizim hamımızın sevimli bir sitatı vardı ki, dəyişiklik etmək istəyirsinizsə, birinci özünüzü dəyişdirin. Ən azı əminliklə deyə bilərik ki, özümüzdə, layihələrə qoşulan gənclərdə dəyişiklik hiss elədik. Amma cəmiyyət müstəvisində götürəndə, elə böyük miqyasda fəxr ediləsi iş görmək imkanımız olmayıb».

Vüqar Salamlı belə deyir. O bildirir ki, «OL!» Hərəkatının layihələrinin əsas istiqaməti demokratik düşüncəni yaymaqdır:

«Ən azından gənclərə bir-birini dinləməyi, sual xoşlarına gəlməsə də, cavab verməyi, suallardan, əks fikirlərdən qorxmamağı, müxtəlif fikirləri dinləməyi bacarmağı öyrədə bildik».

OL!

Arayış:

«OL!» Azərbaycan Gənclər Hərəkatının əsası 11 fevral 2006-cı ildə 20-yə yaxın tələbə və məzun tərəfindən qoyulub. Hərəkatın əsas məqsədləri demokratik dəyərlərin və düşüncə tərzinin təbliği, cəmiyyətin maarifləndirilməsi, gələcəyin liderlərinin formalaşdırılması, eyni zamanda gənclər arasında müasir və proqressiv dəyərlərin yayılmasıdır.
«PÜXTƏLƏŞİB FORMALAŞMIŞIQ»

Adnan Hacızadə «OL!»un daha çox «Tolerant OL!» şüarına nail olduqlarını deyir:

«Biz özümüz də tolerantıq qarşı fikirlərə. İnternetdə, şərhlərdə, Azad Fikir Universitetində, «OL!»un təlimlərində tolerant olmuşuq fikirlərə və opponentlərimizdən də tolerantlıq gözləmişik. Biz müzakirəyə üstünlük veririk, müzakirə və sonra problemin həlli».

Adnanın dediyinə görə, 7 ildə «OL!»a gələnlər və gedənlər çox olub. Amma buna baxmayaraq, «OL!» gənclik ruhunu qoruyub saxlaya bilib:
Adnan Hacızadə
Adnan Hacızadə
«Biz indi daha peşəkar fəaliyyətə keçmişik, püxtələşib formalaşmışıq, daha təmkinli olmuşuq. Əvvəlcə hansısa işi həyata keçirəndə, onun keyfiyyətli olmasını arzulayırdıq, indi isə gözləyib və görürük. «OL!» Azərbaycan Gənclik Hərəkatı fəaliyyətini sırf hansısa nəticəyə hesablamır, biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Bizim başqa yolumuz yoxdur. Bu nəticə verməsə də, edəcəyik, biz bu yolu seçmişik və düzgün olduğuna əminik».

Vüqarın fikrincə, insan düşünməməlidir ki, o, dəyişiklik edə bilər ya yox. Sadəcə, addım atmalıdır, dəyişiklik onsuz da hansısa mərhələdə olacaq.

OL!-çular deyir ki, OL!-çu olmağın şərti o deyil ki, hər gün görüşüb iclas keçirsinlər:

«Biz OL!-çuları iki hissəyə bölürük - birinci qrup sırf layihələrin həyata keçirilməsində iştirak edənlər, digərləri isə bu layihələrdə iştirak edənlər. Bizim layihələr bu insanlarda hərəkət etməyə həvəs yaradırsa, bu, bizi qane edir».

«OL!» Gənclər Hərəkatının ən böyük layihələri Azad Fikir Universiteti, İctimai Fəallıq Şəbəkəsi, AQORA söhbətləri və Sosial, kreativ təşəbbüs - SOKRAT-dır.

Verilişi tam olaraq burdan dinlə:

XS
SM
MD
LG