Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:32

Nestle-nin də məhsullarında at əti tapıldı



Məşhur qida şirkəti olan Nestle özünün ətli makaronlarında at əti qarışığının tapılmasından sonra İtaliya və İspaniyadan öz məhsullarını geri götürüb. Dünyanın ən böyük ərzaq və içki şirkətlərindən olan İsveçrənin Nestle şirkəti bəzi məhsullarında at əti qarışığı bir faizə yaxın olub.

Nestle ət məhsullarını bir Almaniya şirkətindən aldığını da əlavə edib.

Şirkət özünün Fransadakı donmuş ət məhsullarını da satışdan çıxardığını bildirir.

Keçən Avropanın müxtəlif ölkələrində dana əti məhsullarında at əti qarışığının tapılması böyük qalmaqala səbəb olmuşdu. Buna görə bir çox qisa şirkətləri öz məhsullarını satışdan yığışdırmağa məcbur olublar.
XS
SM
MD
LG