Keçid linkləri

2026, 11 Mart, çərşənbə, Bakı vaxtı 01:35

Burger King üzr istədi

Fast-food şəbəkəsi olan Burger King özünün Twitter hesabının ələ keçirilərək bu hesabdan təhqiramiz mesajlar, rəqib McDonald`s şirkətinin reklam materiallarının yayıldığını bildirir. Burger King belə materialları alan Twitter dostlarından buna görə üzr istəyib.

Bazar ertəsi naməlum haker Burger King-in hesabından McDonald`s-ın loqolarını, guya McDonald`s-ın Burger King-i alması barədə yalan məlumatlar yayıb. Bəzi məlumatlarda təhqiramiz mətnlər də yazılıb. Bir neçə saatdan sonra şirkətin mütəxəssisləri hakerin qarşısını ala biliblər.
XS
SM
MD
LG