Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:40

Bakıda partlayışda xəsarət alanlar var


Bakının Səbail rayonu, Teymur Elçin küçəsi, 8 ünvanında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış qaz sızması nəticəsində baş verib.

Göstərilən ünvanda partlayışın baş verməsi Səbail rayon Polis İdarəsindən də təsdiqlənib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, hadisə nəticəsində 2 nəfər yanıq xəsarəti alıb və onlar xəstəxanaya yerləşdiriliblər.
XS
SM
MD
LG