Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 16:44

Ucuz ətin şorbası olmaz


Foto: Arxiv
Foto: Arxiv
-
Bakı bazarlarında ətin keyfiyyətsizliyi haqqında deyilənləri satıcılar yaxın buraxmır. Deyirlər ki, heç 10 manata da keyfiyyətsiz ət olar?

«Yem baha, ot baha, qiymət ona qalxır. Ancaq satdığımız ətə söz ola bilməz. Camaat da həmişə aldığı kimi alır».

Ətsatan Vahid Məmmədov deyir ki, Avropadakı keyfiyyətsiz ət haqqında o da eşidib:

«Ancaq bizdə belə şey olmaz».

Alıcılar ətin keyfiyyətindən çox onun qiymətindən söz salırlar:

– Ətin qiymət bahadır. Almağa gücümüz çatmır.

– Ət 10 manatdır. Məncə, keyfiyyətsiz deyil.

– Bu ay heç bir kilo ət almamışam. Nə ucuz, nə baha?

– Sağlamlıq üçün keyfiyyətli ət lazımdır. Nə bahasını ala bilirəm, nə də ucuzunu.

«ÖLMÜŞ HEYVANLARIN ƏTİ RESTORANLARA DAŞINIR»

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir ki, Azərbaycanda keyfiyyətsiz ət problemi illərdir həll olunmur. Onun fikrincə, dövlət bu sahəyə nəzarət edə bilmir.
Eyyub Hüseynov
Eyyub Hüseynov
Ölkədə yetərincə keyfiyyətsiz ət istehlak olunur:

«Son 20 ilə yaxındır ki, Azərbaycanda böyük bir şəbəkə fəaliyyət göstərir. Bu şəbəkə atılmış, xəstəlikdən ölmüş heyvanların ətini mütəşəkkil şəkildə şəhərə – restoranlara daşıyır. Bizdə belə əti hara gətirdikləri haqda dəqiq məlumatlar vardı. Dövlət orqanlarına da bu haqda məlumat vermişdik, bizə dedilər ki, elə bir şey müəyyən olunmadı. Nə qədər ki, Baytarlıq Xidməti normal işləmir, nə qədər ki, minlərlə cəmdəyə yalançı möhür vurulur, vəziyyət belə də qalacaq».

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti iradlarla razılaşmır. Bildirir ki, bazarlara, ət kəsimi yerlərinə, kolbasa sexlərinə güclü nəzarət olunur. Xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyir ki, kütləvi olmasa da, belə hallara təsadüf olunur:

«Ölkəmizin bəzi yerlərində belə hallar müşahidə olunur. Məsələn, keçən ilin yayında Sumqayıtda və Bərdədə də bunu aşkarladıq. Bəzi işbazlar at ətini mal əti adı altında satmaq istəyirdilər. Olur ki, camış ətini də mal əti adı ilə satmağa çalışırlar. Köhnə əti satanlar da tapılır.
Foto: Arxiv
Foto: Arxiv
Bəzən murdar olmuş heyvanların ətinin ucuz satılması da üzə çıxarılır. Dövlət Baytarlıq Xidməti olaraq buna qarşı daim mübarizə aparırıq».

Yolçu Xanvəli deyir ki, xaricdən Azərbaycana Hindistan və Ukraynadan camış əti gətirilir. Həmin ətlər keyfiyyətli olur. Standartlara cavab vermirsə, geri qaytarılır.

DÖNƏRÇİLƏR HEYVANLARIN ƏTİNİ QARIŞIQ SALIRLAR

Camaat arasında keyfiyyətsiz ətdən dönər satılan yerlərdə istifadə olunması fikri də çox yayılıb. Dönərçilər, bir qayda olaraq, bununla razılaşmırlar. Dönərsatan Vahid Əlizadə kimi:

«İllərdir dönər satıram. Bir nəfər gəlib deməyib ki, dönər keyfiyyətsiz idi».

​Tələbə Vasif dönərin başqa ziyanından söz açır və deyir ki, dönəri çox yediyindən son illər mədə xəstəliyi t
Dönər
Dönər
apıb:

«Quru yeməkdəndir, ona görə. Çox vaxt keyfiyyət haqda düşünmürəm».

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası bölməsinin müdiri İmran Abdullayev bu sahədə problemin olması ilə razılaşır. Yaxın günlərdə bu mərkəz dönərin hazırlanıb satılmasına dair sertifikat verməyə də başlayacaq:

«Sertifikat yalnız gigiyena baxımından şəraiti qane edən dönərçilərə veriləcək. Eyni zamanda orda istifadə olunan ətin də mənşəyi barədə sənədlər olacaq. Ayrı-ayrı heyvanların ətini bəzən dönərçilər, hətta iaşə sahələrində çalışanlar da qarışıq salırlar. Bunun qarşısını almaq üçün biz konkret dönər sahələrində istifadə olunan ət məhsullarına baytarlıqdan müvafiq sənəd istəyirik. Əks halda, onlara rəy verməyəcəyik».

Keçən ilədək metronun «28 may» stansiyası həndəvərlərində ucuz ət satılan yerlər vardı. Baytarlıq Xidməti deyir ki, artıq həmin ərazi ləğv olunub. Sözügedən xidmətin fikrincə, ləğv olunmayan hər hansı başqa yer, demək, «xəlvəti yer»dir.
XS
SM
MD
LG