Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:34

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənir


-
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə gələn həftə Parisdə görüşməyi təklif ediblər.

Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Jacques Faure məlumat verib.

Onun dediyinə görə, vasitəçilər regiona növbəti səfərlərindən əvvəl nazirlərlə Parisdə daha bir görüş keçirməyi planlaşdırırlar:

«Tərəflərə öz təklifimizi göndərmişik və hələlik cavab gözləyirik».

J.Faure qeyd edib ki, həmsədrlərin planına əsasən, əvvəlcə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrılıqda görüş keçiriləcək, sonra isə «3+2» formatında danışıqlar olacaq.
XS
SM
MD
LG