Keçid linkləri

2026, 12 Oktyabr, bazar ertəsi, Bakı vaxtı 08:04

Sumqayıtda qumarxana tapılıb

-
Sumqayıtda daha bir qumarxana aşkar olunub.

Sumqayıt Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rəşad Vəliyevin «online» sistemi ilə kazino-qumarxana təşkil etməsi müəyyən olunub.

Qumarxanaya baxış zamanı 12 kompyuter dəsti, 1 ədəd modem, 1 ədəd möhür, hesabatların aparıldığı 4 ədəd jurnal və 457 manat uduşa qoyulmuş pul aşkarlanıb.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
This item is part of
XS
SM
MD
LG