Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:57

Göygöl şəhəri ölkənin sənətkarlıq paytaxtı seçilib


Göygöl
Göygöl
-
Bu barədə Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin rəisi Şərqiyə Hümbətova məlumat verib.

Onun sözlərinə görə, “Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində 2013-cü il üçün folklor, sənətkarlıq, əfsanələr paytaxtları müəyyənləşib.Üç nominasiya üzrə "paytaxt" seçilmək üçün təqdim edilən təkliflər şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib. Nəticədə bu il üçün Xaçmaz Azərbaycanın əfsanələr, Zaqatala folklor, Göygöl isə sənətkarlıq paytaxtı seçilib.
Şərqiyə Hümbətovanın sözlərinə görə, yaradıcılıq paytaxtların elan edilməsində məqsəd, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafıdır.
XS
SM
MD
LG