Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:08

Azərbaycanda hərbi təlim zamanı tank aşıb, hərbçi ölüb


-
APA-nın məlumatına görə, hadisə fevralın 15-də Naxçıvan Muxtar Respublikasında yerləşən «N» saylı hərbi hissədə qeydə alınıb.

Hərbi təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müşfiq Qəzənfər oğlu Bəylərovun idarə etdiyi tank xəndəyə düşərək aşıb. Müşfiq Bəylərov tankdan çıxmaq istəyərkən texnikanın altında qalaraq ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin qəza nəticəsində dünyasını dəyişməsi faktını təsdiqləyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG