Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:09

Qaradağlı köçkünləri Beyləqanda anım mərasimi keçirib


Qaradağlıdan olan məcburi köçkünlər məskunlaşdıqları Beyləqan rayonunda öz vəsaitləri hesabına ucaltdıqları abidənin qarşısında anım mərasimi keçiriblər.

Tədbirdə kənd sakinləri ilə yanaşı, ölkənin müxtəlif rayonlarında məskunlaşan xocavənd sakinləri, rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.
Abidənin qarşısına gül dəstələri qoyulub, şəhidlərin ruhuna dualar oxunub.

Xocavənd-Xankəndi yolu üzərində yerləşən Qaradağlı kəndi 1992-ci ilinin fevralında keçmiş sovet ordusunun 366-ci alayı və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Döyüşdə 33 Qaradağlı sakini həlak olub, 35 nəfər isə əsirlikdə ölüb.
Faciə qurbanlarının xatirəsi Bakıda, Şəhidlər Xiyabanında da yad edilib.
XS
SM
MD
LG