Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:36

Misirdə müxalifət və hakimiyyət nümayəndələrinin görüşü olub


Misirdə liberal müxalifətlə hakim islamçı partiyanın nümayəndələri arasında qeyri-rəsmi görüş olub.

Qərb agentliklərinin məlumatına görə, müxalifətdə olan “ Milli qurtuluş cəbhəsi” nin rəhbərləri Mohamed el Baradei və Said al Badawi Qahirədə hakim “Azadlıq və ədalət” partiyasının lideri Saad el Katatni ilə görüşüblər.

Hakim partiyanı “Müsəlman qardaşları” partiyası yaradıb.

“Milli qurtuluş cəbhəsi” bundan əvvəl hakimiyyətlə dialoq ideasını rədd edirdi.
Ölkədə dünyəvilik tərəfdarları ilə islamçılar arasında gərginlik yaranıb.
XS
SM
MD
LG