Keçid linkləri

2026, 10 Sentyabr, cümə axşamı, Bakı vaxtı 17:29

Suriyada 300-ə yaxın adamın oğurlandığı bildirilir

Suriyanın hökumət qoşunları ölkənin şimal-qərbində 300-ə yaxın adamı oğurlayıb.

Bu barədə Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.

Həftənin əvvəllərində naməlum adamlar əksəriyyəti qadın və uşaq olan 40-dan çox şiə müsəlmanını oğurlamışdı.
Onlar cümə axşamı avtobusla İdlibdən Dəməşqə gedərkən yolda oğurlanıblar.

BMT-nin seksual zorakılıq üzrə nümayəndəsi Zeynab Nava qadınları təcili azad etməyə çağırıb.
O həmçinin qadın və qızların oğurlanaraq zorlandıqlarını xəbər verir.

1 ildən çoxdur ki, Suriyada silahlı üsyan qaldırılıb.
Üsyançılar prezidend Bashar Assadın istefasını tələb edirlər.

BMT bu müddət ərzində 70 min adamın öldürüldüyünü deyir.
This item is part of
XS
SM
MD
LG