Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:43

Şahid Tymoshenko-nun qətl üçün 3 milyon dollar ödədiyini deyib



Fevralın 15-də Ukrayna paytaxtı Kiyevdə keçirilən məhkəmə prosesində şahidlərdən biri iddia edib ki, keçmiş Baş nazir, hazırda həbsxanada olan Yulia Tymoshenko deputatlardan birinin öldürülməsi üçün qatilə 3 milyon dollar verib. O iddia edib ki, bu hadisə 16 il əvvəl baş verib.

Dünən keçirilən başqa bir məhkəmədə də şahid Tymoshenkonu 1996-cı ildə Yevhen Shcherban-ın qətlini sifariş verməkdə ittiham edib.

Yulia Tymoshenko vəzifədən sui-istifadə və korrupsiya ittihamları ilə hazırda həbsxanada 7 illik azadlıqdan məhrumetmə cəzası çəkir.

Dünən hakim onun məhkəməyə gəlməkdən imtina etdiyi üçün 2 000 dollar cərimə olunması barədə qərar çıxarıb.

Amma hazırda həbsxanaın müalicə müəssisəində olan Tymoshenko heç vaxt məhkəməyə gəlməkdən imtina etmədiyini, ona qarşı irəli sürülən yeni ittihamların hamısını isə siyasi motivli olduğunu deyib.
XS
SM
MD
LG