Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:52

Elmlər Akademiyası Heydər Əliyevi araşdırır - [Video]


-

AzadliqFM şərhləri 18 fevral

-
Faceookdan birbaşa şərh yaz

Şərqşünaslıq, təbiətşünaslıq, kinoşünaslıq…və hətta Əliyevşünaslıq?

Bu vaxtaşırı Facebook-da dolaşan zarafat, yoxsa gerçəkdir?

Verilişin qonağı tarix üzrə professor Əli Rütəm, millət vəkili Zahid Oruc olub. Verlişdə səslənən bəzi fikirlər:


Tarix üzrə professor Əli Rütəm:
- Heydər Əliyevin adı Azərbaycanın tarixinə yazılıb və Heydər Əliyevin yaşadığı dövr tədqiq edilə bilər. Amma yaradılan qurumun adı Əliyevşünaslıqdır. Əliyev soyadlı Azərbaycanda iki prezident var, olub. Hazırkı prezident İlham Əliyev və keçmiş prezident Heydər Əliyev. Ona görə də yaradılan qurumun adı Heydərşünaslıq olsaydı yaxşı olardı. Çünki Nizamişünaslıq, Fizulişünaslıq elmləri də var.
- Ən yaxşı hakim zamandır... Sovet zamanı M.Ə. Rəsulzadə haqda heç kim danışmırdı. Hər şeyin zamana ehtiyaca var... 50-70 il sonra hər şey olduğu kimi görünəcək...
- İnsanları bütləşdirmək lazım deyil. Küçələrdə yazılan şüarlardan totalitarizm iyi gəlir. Heydər Əliyev var, olub, olacaq...


Ədalət Qasımov Əliyevşünaslıq şöbəsi haqda danışır:


Tarixçi Vasif Qafarov:
- Azərbaycanda kifayət qədər Heydər Əliyev mərkəzləri var. Amma rayonlarda bu mərkəzlərin nə ilə məşğul olduğu bəlli deyil. Heydər Əliyev mərkəzləri Heydər Əliyev irsini araşdırmalıdır. Heydər Əliyevin fəaliyyətiylə bağlı sənədlər arxivlərə verilmədiyi üçün tarixçilər dəqiq araşdırmalar apara bilmirlər.
- Tarixi araşdırma aparan zaman qəzetləri oxumaq, izləmək əsas şərtlərdən biridir. Məsələn, bugün aparılan araşdırmaları pafoslu araşdırmalar hesab etmək olar. Ümumiyyətlə isə, araşdırma zamanı iqtidar qəzetləriylə birgə müxalif qəzetlərə də baxmaq lazımdır.

Millət vəkili Zahid Oruc:

- Bütün dünyada şəxsiyyətlərinin irsini araşdıran qurumlar var. Heydər Əliyev fenomenal şəxs olub. Onun irsinin araşdırılması normaldı. Heydər Əliyevin Azərbaycanın quruculuğunda böyük xidmətləri var.

Verlişi dinləmək üçün:


XS
SM
MD
LG