Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:06

Türkiyə Suriyadakı hədəfləri vurdu



Suriyadan atılan raketlərin Türkiyənin Hatay vilayətinə düşməsinə görə Türkiyə artilleriyası cavab zərbələri endirib. Türkiyə mediasının xəbərinə görə Türkiyə ordusu Suriya ərazisindəki hərbi hədəfləri vurub.

Türkiyəyə düşən raketlərdən ziyan çəkən olmayıb.

Ankara Suriya rejimini ciddi insan haqları pozuntularında ittiham edərək prezident Bashar al-Assadın istefasına çağırandan sonra bu iki ölkə arasında münasibətlər gərginləşib.

Bundan əvvəl də bir neçə dəfə Suriyadan atılan raketlər Türkiyə ərazisinə düşüb. Bundan sonra NATO öz müttəfiqi olan Türkiyənin hava məkanının qorunması üçün sərhəd ərazilərdə xüsusi müdafiə sistemləri yerləşdirib.
XS
SM
MD
LG