ABŞ milyarderi Warren Buffett dünyada keçupları ilə məşhur olan Heinz şirkətini satın alır. Onun Heinz-ə 28 milyard dollar ödəyəcəyi bildirilir.
Buffet özü Berkshire Hathaway inverstisiya şirkəti vasitəsilə Heinz-ə 12-13 milyard ödəyəcək. Qalan pulu isə bu alqı-satqıda onun digər tərəfdaşları olan şirkətlər verəcəklər.
Bloomberg-in məlumatına görə 82 yaşlı Warren Buffett 50 milyard dollardan çox sərvətə sahibdir.
ABŞ şirkəti olan Heinz isə 1876-cı ildən ərzaq istehsalı sektorundadır.